Birja komitəsi

Exchange committee Birjanın daim fəaliyyətdə olan nəzarət – sərəncamverici idarəetmə orqanı. Onun tərkibindən rəyasət heyəti və idarə heyəti formalaşır. Birja komitəsinin funksiyaları səhmdar cəmiyyətinin müşahidə şurasının funksiyaları ilə oxşardır.
Birja əqdi
Birja qiyməti (bazar qiyməti)
OBASTAN VİKİ
Birja
Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır.
Birja ajiotajı
Birja ajiotajı (fr. agiotage sözündən) — kapitalist birja və bazarlarında ehtikar qızğınlığı. Onun yayılması ildə milyardlarla dollar dəyərində olduğuna inanılır. Bir çox birja ajiotajı milli birjada siyahıya alınmayan və digər xüsusi meyarlara cavab verməyən penni-stoklardır.
Birja brokeri
Birja brokeri — birjada işləyən şəxs. Alıcı və satıcı arasında vasitəçi kimi çıxış edir. == Tarixi == Birinci Dünya müharibəsi illərində Kiyevdəki birjada yerli müəssisələrin və digər şəhərlərdəki iri metallurgiya zavodlarının səhmləri böyük əhəmiyyət kəsb edirdi. Əməliyyatların aparılmasında birja maklerləri iştirak edirdilər, onlara hofbroker, habelə birja notariusu rəhbərlik edirdi. Birja binasının aşağı mərtəbəsində brokerlərin öz ofisləri var idi, üzərində üzərində "Stock Broker" yazılmış lövhələr var idi. Bəzi brokerlərin birjadan kənarda yerləşən şəxsi xarakterli başqa ofisləri var idi. Bu ofislərdə maklerlər öz vəsaitləri hesabına əməliyyatlar aparırdılar. Birja maklerlərinin ofislərinin pəncərələrində çox vaxt satdıqları kağızların nümunələri olurdu.. Birja dəllalının sövdələşməsi zamanı hər iki tərəf ona komissiya ödəyirdi. Əmtəə əməliyyatları üzrə broker hər iki tərəfdən rubldan 1/4 qəpik alırdı.
Birja möhtəkirliyi
Birja əməliyyatları
Birja əməliyyatları Birja əməliyyatları dedikdə, birja əmtəəsi (qiymətli kağızlar və ya digər maliyyə aktivləri, əmtəələr) ilə birjada edilən müxtəlif əməliyyatlar başa düşülməlidir. Bu əmə­liyyatlara birja əmtəəsinin alqısı və satqısı, listinq və delistinq, opsion, forvard və fyüçers kontraktlarının bağlanması, əmtəənin qiymətləndirilməsi (kotirovkası), girov, hesablaşma, klirinq, konsaltinq, qiymətli kağızların saxlanılması və təqdim edilməsi kimi fəaliyyət növlərini aid etmək olar. Bütün bu əməliyyatların keçirilməsi üzrə qaydalaşdırılmış fəaliyyət birja əməliyyatları mexanizmini müəyyən edir. Bu mexanizm birja əməliyyatlarının subyektlərinin, obyektlərinin və bilavasitə birja fəaliyyətinin həyata keçirilməsi prosesinin mövcudluğunu nəzərdə tutur. Birja əqdlərinin əsas tipləri Birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birjanın binasında onun müəyyən edilmiş iş saatlarında satış iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlərinə birja əqdləri deyilir. • əmtəə (daha doğrusu, onun nümunələri) təqdim olunmaqla edilən əqdlər; • fərdi əqdlər; • standart fyüçers (müddətli) əqdləri; • opsion əqdləri; • birjadankənar əqdlər – qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının və notariat orqanlarının birjadan kənarda qeydə aldığı əməliyyatlardır. Dünya təcrübəsinin inkişafı birja əqdlərinin əsas tipləri kimi aşağıdakıları müəyyən etmişdir: • Birja əqdləri əmtəə və fond aktivləri üzrə bağlanılır. Əqdin bağlanması qaydası birjanın özü tərəfindən müəyyən edilir. Birja əqdləri qaydalarının ümumi tələblərinə əqdin yazılı şəkildə bağlanılması tələbi aiddir. • Standart alqı-satqı müqaviləsində malın təqdim edilməsi tarixi, birja əmtəəsinin miqdarı, keyfiyyət göstəriciləri, tipi və növü, ödəmənin vaxtı, həcmi və forması, təqdim edilmənin şərtləri və tərəflərin məsuliyyəti əks olunur.
Birja stəkanı
"Birja stəkanı" (ing. DOM, Depth of Market) — qiymətli kağızların alqı-satqısı, törəmə alətlər, əmtəə və ya fond bazarı üzrə müqavilələr üzrə limit sifarişlər cədvəlidir (İngiliscə sifariş kitabı). Hər bir ərizədə qiymət (kotirovka) və səhmlərin sayı var. Birja bu məlumatları brokerlərə (ticarət nümayəndələrinə) göndərir, onlar onu treyderlərə (ticarət iştirakçılarına) ötürürlər. Sifariş kitabçası bazar qiymətindən yuxarı və aşağı hər bir qiymətə müqavilələr və ya səhmlərin alqı-satqısı üçün gözlənilən sifarişlərin ümumi sayını göstərir. Ticarət terminalının sifariş kitabçası müəyyən vaxtda bazarda tələb və təklifi qiymətləndirməyə imkan verir. Texniki analizdə, şüşə bir təhlükəsizliyin hərəkət etdiyi "ən az müqavimət xəttini" tanımaq üçün istifadə olunur. Hesab edilir ki, sifarişlər sürətlə yoxa çıxmağa başlasa, o zaman qiymət tezliklə eyni istiqamətdə hərəkət edə bilər. Müasir sifariş kitabları bərabər məsafəli sifarişlərin likvidliyinin balanssızlığını təhlil etməyə imkan verir — beləliklə, sifariş kitabının "həcm təhlili" tələb və təklif balanssızlığını, ən likvid qiymət səviyyələrini dəqiq qiymətləndirməyə imkan verir. Sifariş kitabında yalnız qiyməti elan edilmiş sifarişlər göstərilir.
Maksimum qiymət (birja)
Maksimum qiymət — Səhmlərin bir satış seansı ərzində birjada alına biləcəyi ən yüksək qiymətdir. Hər bir səhm sənədi üçün qiymət və qiymət işarəsi nəzərə alınmaqla ayrıca hesablanır.
Arbitraj komitəsi
Arbitraj (en. Arbitration, ru. Арбитражный суд) — qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. Mediasiya The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Meltzer Komitəsi
Meltzer Komitəsi (ing. Meltzer Commission) — 1998-ci ildə ABŞ Konqresi tərəfindən yaradılmış Beynəlxalq Maliyyə Qurumları üzrə Məsləhətçi Komitənin qısa adıdır. Rəhbəri olmuş Allan Meltzerin adı ilə çağrılır. Meltzer Komitəsinin məqsədi BVF və DB kimi dünya miqyaslı iqtisadi təşkilatlara ABŞ dövlətinin ayırdığı vəsaitin hədər gedib-getmədiyini üzə çıxarmaq və onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürməkdir. Komitənin verdiyi ən mühüm tövsiyələrdən biri BVF və DB arasında aydın əmək bölgüsünü bərpa edib təkrarlanan funksiyaları aradan götürməkdir. Bu baxımdan BVF-nin orta və uzun müddətə borc verməsini dayandırmaq və bunu yalnız DB-nın regional qollarının öhdəsinə buraxmaq məsləhət görülür. BVF isə son çarə kreditoru olaraq yalnız maliyyə sabitliyi baxımından əvvəlcədən müəyyən olunmuş şərtləri ödəyən ölkələrə qısamüddətli kreditlər ayırmalıdır. Həmçinin, Fondun kreditləri bazar qiymətlərindən xeyli yüksək faiz dərəcəsi ilə verilməlidir ki, ona doğrudan da son çarə kimi müraciət olunsun. Beləcə,BVF dünya maliyyə sabitliyini qoruyan və üzvü olan ölkələrdə sağlam fiskal siyasəti təbliğ edən “daha kiçik bir qurum” şəklinə düşər. DB-nin isə öz növbəsində “Dünya İnkişaf Agentliyinə” çevrilərək yoxsul ölkələrə borc verməkdənsə, səylərini texniki yardım və yoxsulluğu azaltma qrantlarının verilməsinə yönəltməsi lazım bilinir.
Qarabağ Komitəsi
Qarabağ Komitəsi (erm. Ղարաբաղ կոմիտե) — 1980-ci illərin sonlarında bir çox erməni tərəfindən faktiki lider kimi tanınan bir qrup erməni ziyalısı. Komitə 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə yaradılıb. Komitə 1988-ci il dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələdən sonra Azərbaycandan göndərilən humanitar yardıma mane olmaq ittihamı ilə 1988-ci il dekabrın 11-də sovet hakimiyyəti tərəfindən həbs edilmiş, lakin 31 may 1989-cu ildə sərbəst buraxılmışdır. Komitə daha sonra Pan-Erməni Milli Hərəkatını yaratmışdır. 1990-cı ildə The New York Times komitəni "Ermənistanda ən nüfuzlu millətçi qrup" adlandırmışdır. Galstyan, Hambardzum. Unmailed Letters. Aqop Hacikyan tərəfindən tərcümə olunub. London: Gomidas Institute.
Senzura Komitəsi
Senzura komitəsi — Rusiya imperiyasında 9 iyul 1804-cü il tarixli Senzura haqqında Nizamnaməyə uyğun olaraq Xalq Maarif Nazirliyinin nəzdində yaradılmış komitə. Mərkəzi senzura komitəsi birbaşa Sankt-Peterburq təhsil dairəsinin müvəkkilinə tabe olan Sankt-Peterburq Senzura Komitəsi idi. Eyni zamanda Moskva, Vilna, Dorpat, Qafqaz rayonlarında, sonralar isə başqa yerlərdə senzura komitələri yaradıldı. Bütün çap və əlyazma nəşrləri senzuraya məruz qalırdı. XX əsrin əvvəllərində Senzura Komitələri Daxili İşlər Nazirliyinin tərkibində olmağa başlamışdı. Водовозов В. В. Цензура // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Высочайше утвержденный Устав о цензуре.
1929-cu il birja çöküşü
1929-cu ilin birja çöküşü — 24 oktyabr 1929-cu il Qara Cümə axşamı günü başlayan və Qara Cümə (25 oktyabr), Qara Bazar ertəsi (28 oktyabr) və Qara Çərşənbə axşamı (oktyabr) günlərində fəlakətli nisbətdə olan ABŞ səhmlərinin qiymətlərində kütləvi enişidir. Wall Street Crash kimi tanınan bu birja çökməsi Böyük Depressiyanın başlanğıcı idi. Çöküşdən əvvəl 1920-ci illərin ortalarında spekulyativ bum baş verdi, bu zaman çoxlu sayda adi amerikalı şirkətlərin iqtisadi göstəricilərinə deyil, səhm qiymətlərinin yüksəlməsinə əsaslanaraq səhmlər aldı. Artan tələb qiymətləri şişirdi, bu da səhmlərdə spekulyasiya etməklə varlanmaq istəyən daha çox sakini cəlb etdi. Bu, iqtisadi köpüyün yaranmasına səbəb oldu. Eyni zamanda, bir çox amerikalılar əvvəllər alınmış qiymətli kağızların təminatı qarşılığında banklardan lazımi vəsaiti borc alaraq kreditlə səhmlər alırdılar. 1929-cu il sentyabrın 3-dən başlayaraq 381,17 pik həddinə çatan Dow Jones sənaye orta indeksi düşməyə başladı. Cümə axşamı, 24 oktyabr 1929-cu il, indeks artıq sentyabr ayı ilə müqayisədə təxminən 20% itirdi və 305,85 ətrafında idi. Birjanın açılışından əvvəl də çaxnaşma yaranmışdı, çünki artıq əvvəlki gün indeks 4,6% aşağı düşüb. Açılışla panika daha da gücləndi.
Diasporalar Koordinasiya Komitəsi
Diasporlar Koordinasiya Komitəsi – 20 yanvar 2013-cu il tarixində Azərbaycanın paytaxtı Bakıdakı Türk Şurası Diaspor İşlərindən Məsul Nazirlər və Qurum Nazirlərinin birinci toplantısında qurulmuş təşkilatdır. Türkdilli ölkələrin diasporları bu komitə altında birləşmişdir. Məqsədi "türk diasporları arasındakı əlaqəni, kommunikasiyanı və bağlılığı təmin etmək" olaraq açıqlanmışdır. Türkdilli Ölkələr Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı etdiyi açıqlamasında bunları demişdir: İlk öncə, çalışma qrupu qurulacaq. Dünyanın hər yerində diasporumuz var və milyonlarla insan tərəfindən təmsil edilirik. Bunların gücləri birləşəcək və bunların hamısının fəaliyyətlərini kordinasiya edəcəyik. Təmas qrupu da ilk toplantısını apreldə reallaşdıracaq və sonrasında nazirlər toplanacaq. Toplantı nəticəsində də dövlət rəhbərlərinə hesabatlar veriləcək. Üzv Dövlətlərin Diaspor Qurumları ilə Türk Şurasının Beşinci Diaspor Əlaqə Qrupu Yığıncağı arasında Təcrübə Mübadiləsi Proqramı 8 Fevral 2019-cu ildə Fəxri Yolu, Şəhidlər Anıtı və Bakı Türk Şəhidləri Anıtını ziyarətlə başladı. İclas, Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Komitənin Birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Erkan Özaral, Türkiyə Respublikası, Xarici Türklər və Əlaqəli İcmalar (YTB) vitse-prezidenti Abdulhadi Turus, Qazaxıstan Respublikası Sosial İnkişaf Nazirliyi Diasporla ünsiyyət üçün məsuliyyət daşıyan İctimai İcma Komitəsi və qarşılıqlı fəaliyyət şöbəsinin müdiri Meiram İmanbayev, Qırğızıstan Dövlət İmmiqrasiya Xidmətinin nümayəndəsi Galieva Jarkhinay, üzv dövlətlərin nümayəndələri, üzv ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri və TürkPA, Türk Mədəniyyəti və İrsi Vəqfinin və TIKA nümayəndəliyinin nümayəndələri.
Diasporlar Koordinasiya Komitəsi
Diasporlar Koordinasiya Komitəsi – 20 yanvar 2013-cu il tarixində Azərbaycanın paytaxtı Bakıdakı Türk Şurası Diaspor İşlərindən Məsul Nazirlər və Qurum Nazirlərinin birinci toplantısında qurulmuş təşkilatdır. Türkdilli ölkələrin diasporları bu komitə altında birləşmişdir. Məqsədi "türk diasporları arasındakı əlaqəni, kommunikasiyanı və bağlılığı təmin etmək" olaraq açıqlanmışdır. Türkdilli Ölkələr Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı etdiyi açıqlamasında bunları demişdir: İlk öncə, çalışma qrupu qurulacaq. Dünyanın hər yerində diasporumuz var və milyonlarla insan tərəfindən təmsil edilirik. Bunların gücləri birləşəcək və bunların hamısının fəaliyyətlərini kordinasiya edəcəyik. Təmas qrupu da ilk toplantısını apreldə reallaşdıracaq və sonrasında nazirlər toplanacaq. Toplantı nəticəsində də dövlət rəhbərlərinə hesabatlar veriləcək. Üzv Dövlətlərin Diaspor Qurumları ilə Türk Şurasının Beşinci Diaspor Əlaqə Qrupu Yığıncağı arasında Təcrübə Mübadiləsi Proqramı 8 Fevral 2019-cu ildə Fəxri Yolu, Şəhidlər Anıtı və Bakı Türk Şəhidləri Anıtını ziyarətlə başladı. İclas, Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Komitənin Birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Erkan Özaral, Türkiyə Respublikası, Xarici Türklər və Əlaqəli İcmalar (YTB) vitse-prezidenti Abdulhadi Turus, Qazaxıstan Respublikası Sosial İnkişaf Nazirliyi Diasporla ünsiyyət üçün məsuliyyət daşıyan İctimai İcma Komitəsi və qarşılıqlı fəaliyyət şöbəsinin müdiri Meiram İmanbayev, Qırğızıstan Dövlət İmmiqrasiya Xidmətinin nümayəndəsi Galieva Jarkhinay, üzv dövlətlərin nümayəndələri, üzv ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri və TürkPA, Türk Mədəniyyəti və İrsi Vəqfinin və TIKA nümayəndəliyinin nümayəndələri.
Dövlət Müdafiə Komitəsi
Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum. 1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər. Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Dövlət Təhlükəsizlik Komitəsi
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…" 1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
Dövlətlərarası Aviasiya Komitəsi
Dövlətlərarası Aviasiya Komitəsin (rus. Межгосударственный авиационный комитет) — MDB və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsi. 30 dekabr 1991-ci ildə yaranmışdır. Hazırda bu təşkilat keçmiş SSRİ-nin 12 dövlətini özündə birləşdirir: Azərbaycan Belarus Ermənistan Moldova Özbəkistan Qazaxıstan Qırğızıstan Gürcüstan Rusiya Tacikistan Türkmənistan Ukrayna Təşkilatın hazırkı sədri Tatyana Anodinadır.
Fransa-Qafqaz Komitəsi
Fransa - Qafqaz komitəsi - Azərbaycanın və Gürcüstanın Fransa tərəfindən tanınması üçün fəaliyyət göstərmiş qeyri-hökumət qurumu. "Fransa-Qafqaz" komitəsi Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələr yatarmaqda marağı olan "Aique Navale Frans anse" cəmiyyətinin tərkibində yaranmışdı. Komitənin sədri Fransa parlamentinin üzvü, keçmiş ticarət naziri de Monzye Qafqaz respublikaları ilə, xüsusilə Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verirdi. Onun fikrincə, müsəlman ölkəsi olan Azərbaycan bütün İslam dünyası ilə əlaqələrin inkişafında mühüm rol oynaya bilərdi. Komitənin üzvü Labri 1919 il avqustun 27-də Azərbaycan və gürcü nümayəndələrilə keçirilən iclasda Rusiyadan ayrılmış millətlərin müdafiə edilməsinin zəruriliyini bildirdi. Azərbaycan nümayəndələrindən Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli, gürcülərdən Qobeçia, knyaz Sumbatov və knyaz Avalov "Fransa-Qafqaz" komitəsinin işinə cəlb edilmişdilər. Komitənin avqustun 27-də keçirilən iclasında de Monzye Azərbaycan və Gürcüstan barəsində Fransa parlamentində çıxış etməyə razılıq verdi. Avqustun 28-də Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin sədrləri komitənin üzvü Labri ilə görüşüb de Monzyenin parlament çıxış ının forma və xarakterini müzakirə etdilər. Bundan əlavə, de Monzye Fransa rəsmi dairələrinin Qafqaz respublikalarına, o cümlədən Azərbaycan və Gürcüstana münasibəti barədə Fransa xarici işlər nazirliyinə deputat sorğusu ilə müraciət etdi. Sorğuya cavabdan aydın oldu ki, Fransa hökuməti Azərbaycanla iqtisadi əlaqələr, o cümlədən ticarət münasibətləri yaratmağa meyl göstərir.
Fransa - Qafqaz komitəsi
Fransa - Qafqaz komitəsi - Azərbaycanın və Gürcüstanın Fransa tərəfindən tanınması üçün fəaliyyət göstərmiş qeyri-hökumət qurumu. "Fransa-Qafqaz" komitəsi Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələr yatarmaqda marağı olan "Aique Navale Frans anse" cəmiyyətinin tərkibində yaranmışdı. Komitənin sədri Fransa parlamentinin üzvü, keçmiş ticarət naziri de Monzye Qafqaz respublikaları ilə, xüsusilə Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verirdi. Onun fikrincə, müsəlman ölkəsi olan Azərbaycan bütün İslam dünyası ilə əlaqələrin inkişafında mühüm rol oynaya bilərdi. Komitənin üzvü Labri 1919 il avqustun 27-də Azərbaycan və gürcü nümayəndələrilə keçirilən iclasda Rusiyadan ayrılmış millətlərin müdafiə edilməsinin zəruriliyini bildirdi. Azərbaycan nümayəndələrindən Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli, gürcülərdən Qobeçia, knyaz Sumbatov və knyaz Avalov "Fransa-Qafqaz" komitəsinin işinə cəlb edilmişdilər. Komitənin avqustun 27-də keçirilən iclasında de Monzye Azərbaycan və Gürcüstan barəsində Fransa parlamentində çıxış etməyə razılıq verdi. Avqustun 28-də Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin sədrləri komitənin üzvü Labri ilə görüşüb de Monzyenin parlament çıxış ının forma və xarakterini müzakirə etdilər. Bundan əlavə, de Monzye Fransa rəsmi dairələrinin Qafqaz respublikalarına, o cümlədən Azərbaycan və Gürcüstana münasibəti barədə Fransa xarici işlər nazirliyinə deputat sorğusu ilə müraciət etdi. Sorğuya cavabdan aydın oldu ki, Fransa hökuməti Azərbaycanla iqtisadi əlaqələr, o cümlədən ticarət münasibətləri yaratmağa meyl göstərir.
Gürcüstan Azadlıq Komitəsi
Gürcüstan Azadlıq Komitəsi (gürc. საქართველოს დამოუკიდებლობის კომიტეტი, Sak’art’velos damoukideblobis komiteti) və ya Paritet Komitəsi (gürc. პარიტეტული კომიტეტი, Paritetuli komiteti) — 1920-ci illərin əvvəllərində Gürcüstan Sovet Sosialist Respublikasının ərazisində fəaliyyət göstərmiş yeraltı anti-sovet təşkilatı. Gürcü xalqı arasında daha çox "Damkom" (damoukideblobis komiteti, azadlıq komitəsi) qısaldması ilə tanınmışdır. Komitə 1924-cü ilin avqust ayında Gürcüstanda baş tutmuş avqust qiyamının hazırlanmasında və həyata keçirilməsi işinə rəhbərlik etmişdir və daha çox bu qiyamla tanınmışdır. Komitə 1922-ci ilin may ayında Sosial Demokrat Partiyası və keçmiş müxalif partiyalarından olan Milli Demokratik Partiyası və Federalist Partiyası ilə aparılmış müzakirələr əsasında yaradılmışdır. Hər bir partiya Damkomda bir nəfər nümayəndə ilə təmsil olunurdu və təşkilata rəhbərliyi isə Sosial Demokrat Partiyasından olan şəxs həyata keçirdirdi. Gürcüstam Azadlıq Komitəsinin ilk rəhbəri Gogita Paghava olmuşdur. Rəhbərlik etdiyi qısa dövrdə, təşkilatın fəaliyyəti SSRİ-nin gizli polis təşkilatı Çeka tərəfindən müəyyənləşdirilmiş və Gogita Paghava həbs edilmişdir. Sədr postu qısa müddətli Nikoloz Karsivadzeyə keçdikdən sonra 1923-cü ilin 17 mart tarixində vəzifəyə Kote Andronikaşvili gətirilmişdir.
Kürd Ali Komitəsi
Kürd Ali Komitəsi (kürd. Desteya Bilind a Kurd; DBK) — Suriyanın şimalında tanınmayan idarəetmə orqanı. 12 iyul 2012-ci ildə Demokratik Birlik Partiyası (PYD) və Kürd Milli Şurası (ENKS) tərəfindən İraq Kürdüstanında iki partiya arasında əməkdaşlıq müqaviləsinin imzalanmasından sonra qurulmuşdur. Üzvlər heyəti bərabər sayda PYD və ENKS üzvlərindən ibarət idi. DBK 2012-ci ilin ortalarında Suriyada vətəndaş müharibəsi zamanı geri çəkilən Suriya Silahlı Qüvvələrinin buraxdığı güc boşluğunu doldurmağa çalışmışdır. Əhalinin kürd etnik mənsubiyyətinə əsaslanaraq özünüidarəni bəyan etmişdir. Komitənin silahlı qanadı Xalq Qoruma Dəstələri (YPG) və Qadın Müdafiə Dəstələrindən (YPJ) ibarət idi. PYD Suriyanın şimalında kürdlərin yaşadığı bölgələrdə təsirini və nəzarətini artırmış, Kürd Milli Şurası isə daha çox marginallaşmışdır. ENKS 2013-cü ilin noyabr ayında DBK-dan ayrılmışdır. Bunun ardınca, PYD-nin başçılıq etdiyi bir koalisiya olan Demokratik Cəmiyyət uğrunda Hərəkat (TEV-DEM) yeni bir idarəetmə elan etmişdir.
Milli Azərbaycan Komitəsi
Milli Azərbaycan Komitəsi — Azərbaycan siyasi mühacirlərinin 1941-ci ilin sonunda Berlində təsis olunmuş təşkilatı. 1941-ci ildə Berlində təsis olunmuşdur. Almaniya Xarici İşlər Nazirliyinin dəvətilə Buxarestdən Berlinə gələn Mustafa Vəkilovu, Mir Yaqub Mehdiyevi, Xosrov Paşa Sultanovu buraya dəvət edərək, Hilal Münşi ilə birgə Milli Azərbaycan Komitəsini yaratdı. Komitəyə 4 nəfər daxil idi. Onun tərkibi təsdiq üçün Almaniya Xarici İşlər Nazirliyinə təqdim edildi. Bu sənədlə yanaşı, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın dövlət müstəqilliyinin Almaniya tərəfindən dərhal tanınması, vahid Azərbaycan ordusunun yaradılması və s. təkliflərin nəzərdə tutulduğu geniş bəyanatı da nazirliyə təqdim olundu. Komitə Almaniya rəhbərliyi ilə əməkdaşlığı yalmz Şimali Qafqazadək mümkün sayırdı. Belə hesab olunurdu ki, alman orduları bolşevik rejimini devirdikdən sonra Qafqaza girməməli, onun taleyini region xalqlarının özləri həll etməlidir. Lakin Almaniya hökuməti bu təklifləri qəbul etmədi.
Milli Olimpiya Komitəsi
Milli Olimpiya Komitəsi — bütün dünyada Olimpiya hərəkatını milli tərkib hissəsi. Beynəlxalq Olimpiya Komitəsinin nəzarəti altında olan MOK-i Olimpiya Oyunlarında öz ölkəsinin iştirakının təşkilinə görə məsuliyyət daşıyır. Onlar gələcək Olimpiya Oyunlarına namizəd kimi özlərinə müvafiq sahələr çərçivəsində şəhərlər irəli sürə bilərlər. MOK-lar öz fəaliyyətinin coğrafiyasını çərçivəsində milli səviyyədə rəsmi şəxslər, məşqçilər və idmançıların təliminin inkişafına kömək edir.
Müvəqqəti İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, Dadaş Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, Viktor Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.

Значение слова в других словарях